İstanbul klubu Pirlo ilə yollarını ayırdı

18:36 - 24 May 2023

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Fatih Karagümrük" Andrea Pirlo ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı məşqçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, ANdrea Pirlo mövsümün əvvəlində "Fatih Karagümrük"ün baş məşqçisi təyin olunmuşdu. İstanbul təmsilçisi Super Liqada 35 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti