"Feyenoord"un baş məşqçisi "Tottenhem"lə müqavilə imzalamayacaq

21:52 - 25 May 2023

"Feyenoord"un baş məşqçisi Arne Slot bu yay Niderland klubunu tərk etməyəcək.

Sportal.az "1908.nl" portalına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis yaxın vaxtlarda hazırkı komandası ilə yeni müqavilə imzalayacaq.

Adı "Tottenhem"lə adlanan Slot məsələ haqda bu cür danışıb: "Başqa klublardan mənə olan maraq haqqında çox eşitmişəm. Göstərilən marağa görə minnətdaram, amma arzum "Feyenoord"da qalmaq, son iki mövsümdə qoyulmuş təməl üzərində işləməyə davam etməkdir. "Feyenoord"un rəhbərliyi altında yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm".

Xəbər xətti