PSJ-nin qapıçısı üçün iki klubdan təklif gəldi

12:34 - 26 May 2023

Bu mövsüm "Kristal Pelas"da icarə əsasında çıxış edən PSJ-nin qapıçısı Keylor Navas gələn mövsüm də İngiltərədə qala bilər.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, kosta-rikalının xidmətində Premyer Liqa klubları maraqlıdır.

Belə ki, "Tottenhem" və "Çelsi" təcrübəli qapıçını transfer etmək istəyir. Artıq London klubları PSJ ilə danışıqlara başlayıb.
 

Xəbər xətti