"Milan"ın əfsanəsi Türkiyə klubunu çalışdıracaq

15:50 - 26 May 2023

"Recina"nın baş məşqçisi Filippo İnzaqi "Fatih Karagümrük"ün baş məşqçi postunda Andrea Pirlonu əvəzləyəcək.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, klub artıq mütəxəssislə razılığa gəlib. İstanbul təmsilçisinin rəhbərliyi Cennaro Qattuzo ilə danışıq aparsa da, sonda İnzaqi seçiminin üzərində qalıb.

“Milan”ın əfsanəsi “Venetsiya”, “Bolonya”, “Benevento”, “Breşiya”nı çalışdırdıqdan sonra 2022-ci ildən “Reccina”ya rəhbərlik edir.

Xəbər xətti