Gürcüstan millisinin üzvü "Milan"a doğru

16:09 - 26 May 2023

"Milan" Gürcüstan millisinin və "Metz"in hücumçusu Georgi Mikautadzeni transfer etmək istəyir.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" gürcünün transferi üçün danışıqlarda ciddi irəliləyiş əldə edib. Bu transfer üçün "Milan" təxminən 10 milyon avro dəyərində təklif irəli sürüb. İtaliya klubunun texniki direktoru Paolo Maldini artıq bir neçə dəfə Mikautadze ilə əlaqə saxlayaraq onunla danışıb.

Fransa klubu Liqa 1-ə çıxacağı təqdirdə "Milan" futbolçunu "Metz"ə icarəyə verə bilər. İngiltərənin "Bernli" klubu da Mikautadze ilə maraqlanır. 22 yaşlı forvard bu mövsüm 38 matçda 24 qol vurub, 9 məhsuldar ötürmə edib. Onun “Metz”lə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Xəbər xətti