"Fənərbaxça" gənc ulduzu ilə yeni müqavilə imzaladı

20:33 - 26 May 2023

Türkiyənin "Fənərbaxça" klubu Arda Gülerlə yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2025-ci ilin yayına kimi uzadıb. "Sarı-lacivərtlilər" bu barədə Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.

Qeyd edək ki, "Fənərbaxça" Arda Güleri 2019-cu ilin yayında "Genclerbirliyi" akademiyasından transfer edib. Gənc futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti