"Səbail" Premyer Liqada qaldı, "Şamaxı" birinci diviziona düşdü - YENİLƏNİB

22:00 - 27 May 2023

Bu gün Misli Premyer Liqasında 36-cı tura start verilib.

Sportal.az xəbər verir ki, mövsümün sonuncu turunda Premyer Liqanı tərk edəcək və avrokuboklarda yollanacaq dördüncü təmsilçimizin adına aydlınlıq gəlib. "Zirə" "Sumqayıt"ı məğlub etsə də, "Qəbələ"nin "Kəpəz"lə bərabərə qalması onların avrokuboklara yolunu bağlayıb. Belədə, "Qəbələ" ölkəmizi avrokuboklarda təmsil edəcək dördüncü komanda olub.  

Premyer Liqa qalmaq uğrunda mübarizə aparan "Səbail" və "Şamaxı" isə Bakıda üz-üzə gəlib. Bayıl təmsilçisi rəqibinə qalib gələrək Premyer Liqadakı yerini qoruyub. "Şamaxı" isə növbəti mövsümdən birinci divizionda oynayacaq.  

Misli Premyer Liqası
36-cı tur

27 may

"Səbail" - "Şamaxı" 1:0
Qol:
Mazurek 45+1
Qırmızı vərəqə: Elmir Tağıyev 90+2
"ASCO Arena"

"Sumqayıt" - "Zirə" 0:3

Qollar: Rəhim Sadıxov, 10, 67, Toni Qomes, 89
Sumqayıt şəhər stadionu

"Qəbələ" - "Kəpəz" 1:1

Qollar: İsnik Alimi, 45+4 (pen) - Zamiq Əliyev, 80
Qəbələ şəhər stadionu

 

Xəbər xətti