Yığmamızın üzvü Azərbaycana qayıtmaq ehtimalı haqda: "Bir söz deyə bilmərəm"

19:17 - 27 May 2023

"Neftçi"yə məxsus olsa da, "Dauqavpils"də icarə əsasında çıxış edən Ramin Nəsirlinin Azərbaycana qayıdacağı iddia edilir. 21 yaşlı futbolçulardan ibarət yığma komandamızın üzvünün "Turan Tovuz", "Kəpəz"lə adı hallanır. Yarımmüdafiəçi geri qayıdıb-qayıtmayacağı ilə bağlı saytımıza açıqlamasında aydınlıq gətirib. Sportal.az-a danışan Latviya klubunun üzvü hələ ki, ölkə xaricində oynamaq niyyətində olduğunu bildirib:

"Hələ ki, dəqiq bir söz deyə bilmərəm. Çünki burada çempionat davam edir. Haqqımda yazılan xəbərləri görmüşəm. Xeyirlisi olsun. Latviyada çempionat davam edir və indi bütün fikrimi buradakı oyunlara yönəltmişəm".

Əlavə edək ki, “Neftçi” yetirməsini bu ilin sonunadək “Dauqavpils”ə icarəyə verib.

Xəbər xətti