PSJ-nin qapıçısı atdan yıxıldı: Vəziyyəti ağırdır

16:24 - 28 May 2023

PSJ-nin qapıçısı Serxio Riko atdan yıxılıb.

Sportal.az xəbər verir ki, hadisə İspaniyada baş verib. 29 yaşlı qolkiper komandası çempionluğu rəsmiləşdirdikdən sonra ölkəsinə yollanıb.

Təcrübəli "əlcək sahibi" Sevilyada atın belindən yıxılaraq ağır xəsarət alıb. Başından zədə alan Riko dərhal helikopterlə xəstəxanaya aparılıb. Durumu ciddi olan ispaniyalı futbolçu hazırda reanimasiyadadır.

Qeyd edək ki, PSJ Serxio Rikonu 2019-cu ilin yayında "Sevilya"dan transfer edib. O, cari mövsümdə Paris təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti