Kilian Mbappe ən yaxşı seçildi

17:32 - 29 May 2023

Fransa Liqa 1-də 2022/2023 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, çempionatın ən yaxşısı adına PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb. 24 yaşlı forvard ardıcıl 4-ci dəfə bu adı qazanıb.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ilin yayından PSJ-də çıxış edir. Fransalı futbolçu cari mövsümdə çempionatda Paris təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti