Premyer Liqada ilin baş məşqçisi seçildi

11:29 - 31 May 2023

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" "Arsenal"ı qabaqlayaraq Premyer Liqanın qalibi olub. Bu mövsüm 38 liqa oyununda komanda 28 qələbə qazanıb və 94 qol vurub ki, bu da Avropanın ən yüksək liqalarında olan bütün digər komandalardan çoxdur.

İspan mütəxəssis məsələ haqda bu cür danışıb: “İlin məşqçisi seçilməyimdə əməyi olan hər kəsə təşəkkür etmək istərdim. İlk növbədə, bunu namizəd həmkarlarımla bölüşmək istəyirəm. Onların hamısı bu mövsüm inanılmaz iş gördülər. Adətən bu kubok nə qədər yaxşı məşqçi olduğuna görə deyil, qalib gəldiyinə görə verilir. Mən inanılmaz bir futbol klubundayam və burada olduğum müddətdə aldığım bütün dəstək olmasaydı, bu mümkün deyildi. Əlbəttə, mən də bütün oyunçulara bu mövsüm gördükləri inanılmaz işlərə görə təşəkkür etmək istəyirəm".

Qvardiola altı mövsümdə üçüncü dəfə mövsümün baş məşqçisi seçilib. O, 2018 və 2021-ci illərdə bu mükafatı qazanıb.
 

Xəbər xətti