"Çelsi"dən qovulmuş məşqçi bu klubu çalışdıra bilər

11:44 - 31 May 2023

"Çelsi"dən qovulan Qrem Potterə yeni iş təklifi gəlib.

Sportal.az "The Independent"ə istinadən xəbər verir ki, London klubunun keçmiş baş məşqçisi "Kristal Pelas"a rəhbərlik edə bilər. Adıçəkilən klubun rəhbərliyi artıq ingilis mütəxəssislə danışıqlara start verib.

Potter London klubu ilə müqaviləsi yayda başa çatacaq 75 yaşlı Roy Hocsonu əvəzləyəcək. 48 yaşlı mütəxəssis “Estersund”, “Suonsi”, “Brayton”da işləyib. 
 

Xəbər xətti