"Mançester Yunayted"in forvardı finalda oynamayacaq

12:11 - 31 May 2023

"Mançester Yunayted"in hücumçusu Antoni Marsial İngiltərə kubokunun finalında "Mançester Siti" ilə oyunu buraxacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı forvard İngiltərə Premyer Liqasının 38-ci turunda "Fulhem"lə oyunda (2:1) zədələnib.

Fransalının final görüşünə qədər müalicə olunacağı bildirilir. Xatırladaq ki, İngiltərə kubokunun finalı iyunun 3-də keçiriləcək.

Xəbər xətti