"Qarabağ" "Qalatasaray"ı təbrik etdi

13:52 - 31 May 2023

"Qalatasaray" Türkiyə Super Liqasının bitməsinə 2 tur qalmış çempion olub.

Sportal.az xəbər verir ki, "Qarabağ" "sarı-qırmızılar"ı 23-cü dəfə ölkə çempionu olmaqları münasibətilə təbrik edib. Ağdam təmsilçisi tvitter hesabında "Qalatasaray"a təbrikini çatdırıb:

"Türkiyə çempionu olan qardaş "Qalatasaray" klubunu təbrik edirik!"

Qeyd edək ki, "Qarabağ" və "Qalatasaray" qardaşlaşmış klublar olduqlarını açıqlayıblar. Bu komandalar 26 mart tarixində Bakıda yoldaşlıq oyunu keçirib. Həmin qarşılaşma Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti