"Qəbələ"də kim nə ilə yadda qaldı?

16:54 - 31 May 2023

Misli Premyer Liqasının 2022/23 mövsümü başa çatıb.

Sportal.az xəbər verir ki, “Qəbələ” çempionatı 4-cü yerdə yekunlaşdırıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev 36 oyunda 23 futbolçuya şans verib.

Felipe Santos hamıdan çox – 35 dəfə meydana çıxıb. İsnik Alimi və Məqsəd İsayev 34 oyunda iştirak edib. Şimali makedoniyalı yarımmüdafiəçi meydanda daha çox dəqiqə keçirib.

“Qəbələ”nin 23 futbolçusundan 2-si qapıçıdır. Səlahət Ağayev 30, Kristof Atanqana 6 görüşdə şans qazanıb.

“Qəbələ”nin hesabında olan 47 qola komandanın 13 oyunçusu imza atıb. İsnik Alimi ardıcıl ikinci mövsüm “qırmızı-qaralar”ın bombardiri olub. O, 9 dəfə fərqlənib. Ramon Maçadonun aktivində 8 qol var.

İsnik 7 penalti zərbəsini dəqiq yerinə yetirib. Komandanın qapısına təyin olunan 9 belə zərbədən 8-i qolla nəticələnib.

“Qəbələ”nin üç qolunu rəqiblər öz qapısına vurub. Petro Stasyuk, Qustavo de Fransa (hər ikisi “Səbail”) vəı Adil Nağıyev (“Şamaxı”) avtoqol müəllifi olub. Komandamızın üzvləri də eyni sayda uğursuzluq yaşayıb. İlkin Qırtımov, Murad Musayev və İsnik Alimi avtoqola üzülüb.

futbolçu    oyun    dəqiqə    qol    sarı    qırmızı
Felipe Santos    35    2718    3    7    0
İsnik Alimi    34    3033    9    9    0
Məqsəd İsayev    34    3014    2    7    0
Ruan Renato    33    2907    2    10    1
Rövlan Muradov    33    1930    2    2    1
Omar Hani    33    1187    1    4    0
Ülvi İsgəndərov    33    1146    6    0    0
Ramon Maçado    32    2318    8    2    0
Feras Abu Akal    31    2592    2    13    0
Emil Səfərov    31    1106    1    6    0
Səlahət Ağayev    30    2700    -38    3    0
İlkin Qırtımov    30    2561    0    7    1
Murad Musayev    30    2290    1    4    0
Rafael Utziq    30    2054    4    3    0
Asif Məmmədov    30    1641    0    2    0
Urfan Abbasov    14    942    0    3    1
Əyyub Allaş    13    757    3    0    0
Kristof Atanqana    6    540    -9    0    0
Andrey Strijak    6    22    0    1    0
Yaovi Akakpo    4    15    0    0    0
Hüseyn Mürsəlov    1    15    0    1    0
Mehrac Baxşalı    1    2    0    0    0
Rauf Rüstəmli    1    1    0    2    0

Xəbər xətti