"Qarabağ"ın legioneri: "Heç kimlə rəqabət aparmıram" - FOTO

12:45 - 1 İyun 2023

"Qarabağ"ın legioneri Marko Yankoviç sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. 

Sportal.az xəbər verir ki, monteneqrolu futbolçu instaqram hesabında mükafatlandırma mərasimindən fotosunu paylaşaraq bunları yazıb:

"Heç kimlə rəqabət aparmıram, ona görə heç kim mənimlə yarışa bilməz. Mən öz həyatımı yaşayıram və öz fikirlərim, planlarım, arzularım və qərarlarım var. Ola bilsin ki, getmək istədiyim yerə getməmişəm, amma sonda olmaq istədiyim yerə çatdım. Hamımız nə üçün çalışırıqsa, onu da əldə edirik. Sevgilərlə".

2022-ci ildə “Qarabağ”la anlaşmış 27 yaşlı futbolçunun müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Mirbağırağa
 

Xəbər xətti