Məşhur futbolçu karyerasını başa vurur

17:50 - 1 İyun 2023

"Trabzonspor"un futbolçusu Marek Hamşik peşəkar karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib. 36 yaşlı futbolçu mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

Qeyd edək ki, Hamşik karyerası ərzində "Slovan" (Bratislava), "Breşiya", "Napoli", "Dalian" və "Göteborq" klublarında çıxış edib. Təcrübəli yarımmüdafiəçi Slovakiya millisinin heyətində keçirdiyi 136 rəsmi matçda 36 qol vurub.

Xəbər xətti