Ronaldo pul üçün Ərəbistana gedirsə, Ramili niyə qınamalıq? – VİDEO

17:08 - 2 İyun 2023

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Qarabağ”dan ayrılaraq, Tayland təmsilçisi "Buriram Yunayted"lə anlaşması futbol camiəsində birmənalı qarşılanmadı.

Bir çoxları deyir, Ramil daha yaxşı kluba gedə bilərdi.

Kimisi isə bildirir ki, o, pulu seçməklə gələcək həyatını sığortalayır.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, R.Şeydayevin atdığı addımı heç kim qınaya bilməz:

“Onun 27 yaşı var. Bu yaşında ona çox ciddi məbləğ təklif olunub. Demək olar ki, əksər futbolçularımız buna həsəd aparır.

Onu qınayanlar deyir ki, daha güclü çempionatlara gedə bilərdi. Ancaq bir şeyi nəzərə alaq ki, indki cəmiyyət, həyat pul üzərində qurulub.

Messi, Ronaldo kimi milyonçu futbolçular əlavə pul üçün Ərəbistana, Çinə gedirsə, Ramili niyə qınamalıq ki?

Bir milyon avro azərbaycanlı futbolçu üçün fantastik məbləğdir. İki illik müqavilə, ilinə 1 milyon avro...

Şeydayev elə də əvəzolunmaz futbolçu deyil ki, yeri doldurulmasın”.

Xəbər xətti