"Qalatasaray"ın yeni mövsüm forması - FOTO

16:41 - 4 İyun 2023

Türkiyənin "Qalatasaray" klubu yeni mövsümdə ev oyunlarında geyinəcəyi formanı ictimaiyyətə təqdim edib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi yeni geyim dəstini sosial şəbəkə hesabında paylaşdığı video ilə tanıdıb. Forma ənənəvi olaraq sarı və qırmızı rənglərdən ibarətdir.

Paylaşımda "Çempionlar 2023/2024 mövsümünə yeni formaları ilə hazırdır" başlığı qeyd olunub.

Qeyd edək ki, "Qalatasaray" Super Liqada mövsümün bitməsinə 2 tur qalmış çempionluğu təmin edib.

Xəbər xətti