PSJ alman məşqçi ilkə danışıqlara başlayır

18:13 - 4 İyun 2023

Kristof Qaltye ilə yollarını ayırmağa hazırlaşan PSJ yeni baş məşqçi axtarışındadır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisini çalışdırmağa əsas namizəd Yulian Naqelsmanndır. Bu barədə "Mercato" məlumat yayıb. Fransa klubunun rəhbərliyi növbəti həftə ərzində alman mütəxəssislə danışıqlara başlayacaq.

Qeyd edək ki, Yulian Naqelsmann bu ilin mart ayında "Bavariya"nın baş məşqçisi postundan istefaya göndərilib.

Xəbər xətti