"Turan Tovuz" onunla da yeni müqavilə imzaladı

18:30 - 4 İyun 2023

"Turan Tovuz" daha bir futbolçusu ilə yola davam etmək qərarı verib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Ayxan Quseynovla yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.23 yaşlı vinger 2023/2024 mövsümünün onuna kimi tovuzluların formasını geyinəcək.

"Turan Tovuz" Ayxan Quseynovu 2022-ci ilin yayında heyətinə qatıb. O, komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Turan Tovuz" bu gün qapıçılar Tərlan Əhmədli və Kamal Bayramovla da 1 illik yeni sözləşmə imzaladığını açıqlayıb.

Xəbər xətti