"Mənə daha uyğun olan təklifi seçəcəm"

15:31 - 5 İyun 2023

Yola saldığımız mövsümü "Turan Tovuz"da keçirmiş Natan Oduvanın yeni sezona bu komandada başlayıb-başlamayacağı hələ ki, bəlli deyil.

Mövsümün sonuna yaxın adı “Neftçi” və “Qəbələ” ilə də birgə çəkilən yarımmüdafiəçinin özü də, hazırkı vəziyyətdə qərarsızdır.

Sportal.az saytına açıqlama verən 27 yaşlı futbolçu Azərbaycanın digər klublarından təklif almadığını bildirib:

"Turan Tovuz"a geri qayıdıb-qayıtmayacağımla bağlı bir söz deyə bilmərəm. Çünki məlumatsızam. Bir neçə gün istirahət edib, bərpa olunmaq istəyirəm. Ondan sonra isə təklifləri nəzərdən keçirəcəm və sonda mənə daha uyğun olanını seçəcəm. Azərbaycan Premyer Liqasının digər klublarından isə təklif almamışam".

Mirbağırağa

Xəbər xətti