"Neftçi" xorvatiyalını saxladı

16:11 - 5 İyun 2023

"Neftçi” İvan Brkiçlə müqavilənin müddətini artırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik anlaşma imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub.

Xəbər xətti