Marko Asensionun yeni klubu bəlli oldu

22:24 - 5 İyun 2023

"Real"la müqaviləsi başa çatan Marko Asensionun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Fransada davam etdirəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi PSJ ilə bütün şərtləri razılaşdırıb. İspaniya millisinin üzvü yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra Paris klubu ilə 4 illik müqavilə imzalayacaq. Futbolçunun illik maaşı bonuslarla birlikdə 10 milyon avro olacaq.

Qeyd edək ki, Marko Asensio "Real"a 2015-ci ilin yayında "Malyorka"dan transfer olunmuşdu. İspan vinger cari mövsümdə "kral klubu"nün heyətində meydana çıxdığı 51 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti