"Komandada qalacağımdan əmin ola bilərlər"

22:30 - 6 İyun 2023

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, “Calciomercato”ya açıqlama verən gürcü Neapol klubunda qalacağını bildirib:

“Napoli” azarkeşləri sakit ola bilərmi? Təbii ki. Onlar komandada qalacağımdan əmin ola bilərlər. Mən “Napoli”ni sevirəm”.

22 yaşlı futbolçunun İtaliya çempionu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.

Xəbər xətti