Ərəblər daha bir məşhur futbolçunu transfer etmək istəyir

14:59 - 7 İyun 2023

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda davam etdirə bilər.

Sportal.az “AS”a istinadən xəbər verir ki, hazırda tərəflər yekun detalları müzakirə edir, bundan sonra yekun qərar qəbul olunacaq.

Klub 32 yaşlı futbolçuya 2025-ci ilin yayına qədər müqavilə ilə illik 100 milyon avro ödəyəcək.

“Əl-İttihad” daha əvvəl “Real”dan Kərim Benzema ilə müqavilə imzalamışdı.

Xəbər xətti