"O, İngiltərədə Droqba kimi böyük bir səhifə yazmaq üçün lazım olan hər şeyə malikdir"

20:35 - 9 Yanvar 2024

"Mançester Siti" və "Arsenal"ın keçmiş hücumçusu Emmanuel Adebayor "Napoli"nin hücumçusu Viktor Osimheni Premyer Liqada görmək istəyir.

Sportal.az xəbər verir ki, “BBC”yə danışan veteran futbolçu Nepaol klubunun üzvünü Droqba ilə də müqayisə edib:

"Osimhen düzgün xarakterə malikdir. Uğur qazanmaq üçün kifayət qədər diqqətlidir. Dua edirəm ki, Premyer Liqada oynamaq qərarı versin və nəyə qadir olduğunu orada göstərsin. Premyer Liqa dünyanın ən çətin və ən yaxşı liqasıdır. Osimhen artıq İtaliyada özünü göstərib. Məncə, onun İngiltərəyə köçməsi, kumiri Didye Droqbanı əvəzləməsi və gözəl işlər görməsinin vaxtı çatıb. O, ad çıxarmaq və İngiltərədə Droqba kimi böyük bir səhifə yazmaq üçün lazım olan hər şeyə malikdir".

Osimhen 2020-ci ilin payızında Fransanın "Lill" klubundan “Napoli”yə keçib. İtaliya çempionu bu yaxınlarda Osimhenlə müqavilə müddətinin 2026-cı ilə qədər artırıldığını açıqlamışdı.

Xəbər xətti