"Neftçi"nin futbolçusu oynadı, Fələstin millisi heç-heçə etdi

11:43 - 19 Yanvar 2024

Qətərdə təşkil olunan Asiya Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, C qrupunda "Neftçi"nin futbolçusu Ataa Caberin formasını geyindiyi Fələstin millisi Birləşmiş Ərəb Əmirlikləri yığması ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Ataa Caber də bu görüşün iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə Mohammed Raşidin əvəzinə meydana daxil olub.

Turnirdə ilk xalını qazanan Fələstin seçməsi qrupda 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti