"İmişli" Mingəçevirdən 3 xalla qayıdır - VİDEO

18:28 - 3 Aprel 2024

Futbol üzrə Azərbaycan I Liqasında XX tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda "İİmişli"ni qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 39-a yüksəldən "İmişli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 21 xalı olan "Mingəçevir" isə 8-ci yerdədir.

"Mingəçevir" - "İmişli" 0:1
Qol:
Elnur Cəfərov, 90+3
Qırmızı vərəqə: Gilyerme Silva, 81

Xəbər xətti