Azərbaycan millisinin sabiq üzvü Rusiya klubunda

14:22 - 27 Fevral 2025

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayev Rusiyanın “Ximki” klubunun baş məşqçisi postunu tərk edib.

Sportal.az xəbər verir ki, Ağayev Rusiya İkinci Liqasının B divizionunda çıxış edən “Nart” klubunun (Çerkessk) məşqçilər korpusuna daxil olub.

O, həm də “Nart”ın futbol akademiyasının koordinatoru təyin edilib.

51 yaşlı mütəxəssis 1994-2005-ci illərdə Azərbaycan millisində 65 oyun keçirib, 1 qol vurub.

Xəbər xətti