İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, La Liqa nəhənginin yarımmüdafiəçisi Dani Sebalyos sıradan çıxıb. Bu barədə yerli mətbuat məlumat yayıb.
İspan futbolçu sol ayaq vətərindən zədə alıb. 28 yaşlı orta xətt oyunçusu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Real" Dani Sebalyosu 2017-ci ilin yayında "Betis"dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi