FIFA dərəcəli hakimlərə emblem təqdim olundu

16:25 - 27 Fevral 2025

Bu gün “Marriott Baku Boulevard” hotelində 2025-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.

Sportal.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev, Hakimlər Komitəsinin sədri Frank De Bleker və AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers iştirak ediblər.

Referilər:

1. Ağayev Əliyar

2. Məsiyev Elçin

3. Umudlu Kamal

4. Lütfəliyeva Fəridə

Referi köməkçiləri:

1. Zeynalov Zeynal

2. Əmirəli Akif

3. Abdullayev Elşad

4. Talıbov Pərvin

5. Hüseynov Namiq

6. Məmmədov Vüsal

7. Əkbərzadə Gülnurə

8. Nurıyeva Sevda

VAR hakimləri:

1. Ağayev Əliyar

2. Məsiyev Elçin

 

Futzal:

1. Qafarlı Hikmət

2. Əmiraslanov Knyaz

3. Cəbrayılov Əli

Çimərlik futbolu:

1. Məmmədov İnqilab

2. Nağıyev Nail

Xəbər xətti