"Bavariya" mövsümün sonunda klubla müqaviləsi başa çatan Yozua Kimmixlə bağlı qərarını dəyişib.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi alman yarımmüdafiəçisi etdiyi yeni sözləşmə təklifini geri çevirib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bavariya" 30 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmayacaq. Təcrübəli dayaq yarımmüdafiəçisi yayda azad agent statusunda olacaq.
Qeyd edək ki, "Bavariya" Yozua Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi