Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 14-ə yüksəldən "Qusar" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 4 xalı olan "Füzuli" isə sonuncu yerdədir.
"Qusar" - "Füzuli" 5:2
Qollar: Ə.Məmmədli, 8, 26, 49, O.Qurbanlı, 45+1, E.Tağıyev, 59 - S.Aslanxanov, 11, E.Abbaslı, 68