Xorvat mütəxəssis "Qarabağ"ın yeni transferi haqda: "Dinamo"dakı karyerası istədiyi kimi alınmadı"

14:22 - 19 İyul 2025

Azərbaycanda uzun illər legioner həyatı yaşamış Ernad Skuliç Sportal.az saytına açıqlamasında “Qarabağ”ın yeni transferi Sami Mmae haqda danışıb.

Xorvat futbol adamı mərakeşli futbolçunun Ağdam klubuna xeyir  vermək şanslarından bəhs edib. Bununla yanaşı, Mmaenin “Dinamo”dakı performansını xatırlayıb:

“Mmaenin “Dinamo”dakı karyerası istədiyi kimi alınmadı. Öncədən ehtimal olunan kimi olmadı. Ola bilsin ki, “Qarabağ”da daha yaxşı performans göstərdi. Ümilikdə isə hamı onun çox yaxşı, güclü, texnikalı müdafiəçi olduğunu deyir. Sadəcə “Dinamo”dakı oyunu gözlənilən kimi alınmadı. Fikrimcə, “Qarabağ”da onun üçün hər şey daha yaxşı olacaq”.

Mirbağırağa
 

Xəbər xətti