"Qalatasaray"ın legioneri İspaniya klubuna doğru

14:47 - 19 İyul 2025

“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo yeni mövsümə bu klubda başlamayacaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi İspaniyaya yollana bilər.

Onun xidmətində “Sevilya” maraqlıdır. Əndəlusiya təmsilçisi 26 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir. Hazırda klublar arasında danışıqlar gedir. Zaniolanın “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

İtaliya millisində də oynamış Nikolas “Virtus Entella”, “İnter”, “Roma”, “Aston Villa”, “Atalanta” və “Fiorentina” klublarında çıxış edib.
 

Xəbər xətti