Sabiq "Yuventus"lu yenidən A Seriyada

22:02 - 19 İyul 2025

"Yuventus"un sabiq futbolçusu Federiko Bernardeski A Seriyasına qayıdıb.

Sportal.az xəbər verir ki, “Yuventus” və İtaliya millisindəki çıxışı ilə tanınan cinah oyunçusu “Bolonya”ya azad agent kimi qoşulub. İnsayder Nikolo Skiranın məlumatına görə, müqavilə 2 illikdir və əlavə 1 il uzadılma opsiyası var. Futbolçu illik 1,8 milyon avro maaş alacaq.

2022-ci ildən bəri Bernardeski MLS-də “Toronto”nun formasını geyinirdi. O, ABŞ və Kanada çempionatında 87 oyuna çıxaraq 24 qol vurub.

Xəbər xətti