Xəbər verdiyimiz kimi, Dani Sebalyos "Real"ı tərk edə bilər.
Sportal.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, yarımmüdafiəçi klub dəyişmək imkanını nəzərdən keçirir, lakin komandada qalmağa da qarşı deyil.
28 yaşlı futbolçuya "Betis" maraq göstərir, lakin Sevilya klubunun daxilində Sebalyosu almağa dəyər olub-olmaması ilə bağlı fikirlər bölünüb. Bu, əsasən onun 2023-cü ildə «Betis»ə keçməkdən imtina etməsi ilə bağlıdır.
Lakin əsas problem maliyyə məsələlərindədir. "Betis" oyunçunun 5–10 milyon avro aralığında dəyərini real hesab edir, "Real" isə onun üçün təxminən 20 milyon avro qazanmaq istəyir. Üstəlik, Sebalyosun maaşı da çox yüksəkdir – ildə 4 milyon avrodan çox (vergi öncəsi təxminən 9 milyon) və bu məbləğ La Liqanın əksər klubları üçün böyük yük sayılır.
İcarə variantı nəzərdən keçirilə bilər, xüsusilə də maaşın bir hissəsini "Real" öz üzərinə götürərsə. Amma bu ssenari nə futbolçunun, nə də klubların maraqlarına tam uyğun gəlir. Hazırda Sebalyosla bağlı rəsmi təklif yoxdur, lakin "Betis" sorğular göndərib və ilkin marağını bildirib.
saytlarin hazirlanmasi