"Sumqayıt"dan ayrılan Sərtan Taşkının yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Sərtan 1-ci Liqada mübarizə aparan "Serik Belediyespor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı sağ cinah müdafiəçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
saytlarin hazirlanmasi