"Şelburn"da oynamış futbolçu "Qarabağ"la matç haqda: "Sürpriz etmək mümkündür"

20:47 - 22 İyul 2025

"Şelburn"un sabiq yarımmüdafiəçisi Ceyson Birn komandasının Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı oyunda şanslarını dəyərləndirib.

Sportal.az xəbər verir ki, “Irish Mirror” nəşrinə danışan veteran futbolçu İrlandiya klubunun "Qarabağ"la görüşdə sürpriz edə biləcəyinə inandığını bildirib:

“Avrokuboklara vəsiqə qazanan komandanın nə qazana biləcəyini ehtimal etmək olmaz. Buna görə də “Şelburn”un "Qarabağ"a sürpriz yaşada biləcəyinə inanıram. Bu, mümkündür. Bir çoxları komandanın Çempionlar Liqası həyəcanının növbəti iki həftədə bitəcəyini proqnozlaşdırır. Amma 2004-cü ildə "Şelburn"un heyətində "Hayduk"a qalib gəlmək təcrübəsi olan biri kimi deyim ki, hər zaman komandama inamım olub. Avropada qalib gəlmək sizə bir oyunçu, komanda və klub olaraq güvən verir. Amma burada söhbət fərdi oyundan deyil, hər bir futbolçunun komandanın “Qarabağ”ı məğlub etməsi üçün nə edə biləcəyindən gedir. Sadəcə öz işinizlə məşğul olmalısınız. Əgər bunu bacarıqla etsəz və bir az şans da yanınızda olsa, uğurun açarı bu ola bilər. “Tolka Park”da keçiriləcək görüşdə oyun planı həlledici olacaq”.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 22:45-də start veriləcək.

Xəbər xətti