"Sabah" - "Levski" matçına nə qədər bilet satılıb?

21:55 - 11 Avqust 2025

"Sabah" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanın "Levski" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, artıq qarşılaşma üçün 5000 bilet satılıb. Bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Sabah" - "Levski" qarşılaşması 14 avqust tarixində, saat 20:00-da start götürəcək. Komandalar arasında Sofiyada baş tutan ilk görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti