Devid Bekhem bu mövsüm “Mançester Yunayted”in oyununu tənqid edib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın sabiq yarımmüdafiəçisi CBS-ə açıqlamasında bunları qeyd edib:
"Keçmiş futbolçu və azarkeş kimi ümid edirəm ki, oyunçular da biz azarkeşlərin keçirdiyi hissləri yaşayırlar. Buna əminəm də, çünki onlar meydana qalib gəlmək üçün çıxırlar. Onlar indi “Mançester Siti” ilə səfərdə oynadılar (0:3). Belə bir matçı uduzanda müəyyən müddət ictimaiyyətə çıxmaq istəmirsən, çünki azarkeşlərlə rastlaşa bilərsən.
Bu, çox ağır mənzərə idi. Və dediyim kimi, “Yunayted” azarkeşi olaraq artıq bu oyunlara baxmaqdan və gördüklərimizdən bezmişəm".
saytlarin hazirlanmasi