"Turan Tovuz"la matçda qələbə qazanmaq istəyirik"

12:22 - 2 Noyabr 2025

"Səbail"lə oyunun çətin keçəcəyini bilirdik. Çünki kubok matçları bir az fərqlidir. "Səbail" yaxşı komandadır. Mən də ikinci hissədə meydana daxil oldum. Şükür Allaha, qolumuzu vurub qalib gəldik, indi 1/8 finaldayıq. Bu mərhələdə isə rəqibimiz "Baku Sportinq"dir. Çalışacağıq ki, qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov deyib.

O, komandasının Misli Premyer Liqasının 9-cu turunda “Qarabağ”la bərabərə qalmasından bəhs edib. Həmçinin, “Şamaxı”nın bu gün 10-cu tur çərçivəsində “Turan Tovuz”a qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb:

"Qarabağ"la 0:0 oynamışdıq. Rəqibimiz ağır səfərdən gəlmişdi. Məşqçilər korpusumuz tapşırdı ki, bu oyunda daha çox vuruşmaq və daha diqqətli olmaq lazımdır. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirdik. Bizə xal qazana biləcəyimizi inandırmışdı. Əslində, qol epizodlarımız da oldu, amma yararlana bilmədik. Məşqlərdə həmin epizodların üzərində çalışacağıq ki, növbəti görüşlərdə dəyərləndirək. Artıq "Turan Tovuz"la oyuna hazırlaşmışıq. Bilirik ki, matç yeni meydançada olacaq, Tovuzda keçiriləcək. "Turan Tovuz" da yaxşı komandadır, liderdir. Daim onlara dəstək olan, yaxşı da azarkeşlərə sahibdirlər. Bu matçda qələbə qazanmaq istəyirik. Öz oyunumuzu oynamağa çalışacağıq ki, uğurlu nəticə olsun".

Mirbağırağa

Xəbər xətti