Fransa millisinin sabiq üzvü “Fənərbaxça”ya keçmək şansına sahibdir.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, baş məşqçi Domeniko Tedesko 34 yaşlı yarımmüdafiəçinin komandaya transfer edilməsini rəhbərlikdən istəyib.
Hazırda “Əl-İttihad”ın formasını geyinən Kante Səudiyyə Ərəbistanını tərk etmək niyyətindədir. Onun bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “Bulon”, “Kan”, “Lester”, “Çelsi” klublarının şərəfini qoruyub.
