Fransa mətbuatı Abubakardan yazdı: "Neftçi"yə keçərək çoxlarını təəccübləndirdi

16:46 - 2 Noyabr 2025

Fransada Afrika futboluna aid portal kimi fəaliyyət göstərən "AfricaFootUnited" Kamerun milli komandasının kapitanı Vinsent Abubakarın "Neftçi"yə transferi şərh edilib və onun Bakı klubundakı debütü qiymətləndirilib.

Sportal.az xəbər verir ki, tanınmış nəşr “Neftçi”nin təcrübəli hücumçusu haqda bunları yazıb:

"Abubakar “Neftçi”yə keçərək çoxlarını təəccübləndirdi. Çünki ona daha güclü liqalardan və klublardan təklif var idi. Amma 33 yaşlı Kamerun millisinin kapitanı Türkiyənin "Hatayspor" klubundan ayrıldıqdan sonra karyerasını yenidən canlandırmaq üçün Bakıya köçməyi seçdi. Cəmi 3 matçda kamerunlu hücumçu dörd qol vurub, bir məhsuldar ötürmə edərək, bir daha effektivliyini və qol vurma instinktlərini sübut edib. Çempionatın səviyyəsi Avropa standartlarından aşağı olsa da, uğurlu başlanğıcdır. Buna baxmayaraq, onun seçimi suallar doğurur. Abubakar Afrika Millətlər Kuboku öncəsi medianın diqqətini itirmək riski ilə üz-üzədir. Lakin, sabit oyun müddəti və aparıcı hücumçu statusu ona formasını qorumağa, milli komandaya töhfə verməyə imkan verə bilər. Bircə qalıb, karyerasının Azərbaycandakı mərhələsinin onun üçün tramplin, yoxsa karyerasının sonu olacağını başa düşmək".
 

Xəbər xətti