"Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Abbas Hüseynova APOEL və “Aris”(Limassol) klublarından təklif olması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, hər iki klub Hüseynovu ən azından icarəyə götürməyə hazır olub.
Lakin millimizin üzvü bu təklifdən imtina edib və “Qarabağ”da qalmağa üstünlük verib.
Abbas ən azından 2027-ci il iyunun 30-na qədər Ağdam klubunda qalmağa üstünlük verib.
Çünki onun Azərbaycan çempionu ilə müqavilə müddəti məhz həmin vaxt başa çatacaq.
