"Sao Paulo"nun futbolçusu Oskar səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçuda ürək ritminin pozulması aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
"2026-cı il mövsümünə hazırlıq çərçivəsində aparılan tibbi müayinələr zamanı Oskarda kardioloji dəyişikliklər müşahidə olunub. O, dərhal klub işçiləri və hadisə yerində olan həkimlər tərəfindən ilkin müalicə alıb. Daha sonra futbolçu xəstəxanaya yerləşdirilib. Hazırda Oskarın vəziyyəti kliniki baxımdan stabildir və o, əlavə diaqnostik testlər üçün nəzarətdə saxlanılır".
Braziliya millisinin 34 yaşlı sabiq üzvü "İnternasyonal", "Çelsi", "Şanxay Port" klublarında oynayıb.
saytlarin hazirlanmasi
