Türkiyə Super Kuboku oyunlarının keçiriləcəyi tarixlər və məkanlar müəyyənləşib.
Sportal.az xəbər verir ki, yarımfinal matçları 2025-ci ilin yanvarın 5-də Qaziantepdə, 6-da isə Adanada baş tutacaq. Final görüşü 10 yanvar tarixində İstanbulda Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Yarımfinalda "Qalatasaray" "Trabzonspor"la, "Fənərbaxça" isə "Samsunspor"la üz-üzə gələcək. Yarımfinal oyunlarının hansı şəhərdə keçiriləcəyinə püşkün nəticəsində aydınlıq gələcək.
Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.
saytlarin hazirlanmasi
