"Yuventus" türkiyəli futbolçusu ilə razılığa gələ bilmir

22:30 - 12 Noyabr 2025

“Yuventus” və komandanın hücumçusu Kenan Yıldız yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər.

Sportal.az  “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 20 yaşlı türkiyəli futbolçu yeni müqaviləyə görə illik təxminən 6 milyon avro qazanmaq istəyir, lakin klub ona təxminən 5 milyon avro təklif edir.

Yıldız 2022-ci ildən “Yuventus”da çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 18 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti