Fransa millisi kapitanını Bakıya gətirmir – Madridə geri qayıtdı

16:18 - 14 Noyabr 2025

DÇ-2026-nın seçmə mərhələsinin sonuncu turu çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Fransa yığması Bakıya itkilərlə gələcək.

Sportal.az xəbər verir ki, komandanın kapitanı Kilian Mbappenin paytaxtımıza gəlməcəyi dəqiqləşib.

Belə ki, o, artıq millinin düşərgəsini tərk edib. Futbolçu sağ topuğundakı ağrılar səbəbindən Madridə geri qayıdaraq, müalicəyə başlayıb.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov stadionunda keçiriləcək görüşə 21:00-da start veriləcək.

Xəbər xətti